Rusiya Silahlı Qüvvələri Ukraynada xüsusi əməliyyat zonasında cəbhə xəttinin bütün perimetri boyunca müdafiə xəttini gücləndirməkdə davam edir ki, bu da Ukrayna Silahlı Qüvvələri üçün problem yaradır.
Bu barədə jurnalist Julian Repke Almaniyanın “Bild” nəşrinə verdiyi hesabatda məlumat verib.
“Ruslar bu nəhəng müdafiə xəttini gücləndirməyə davam edir. Biz görürük ki, bu “əjdaha dişlərinin” nə qədərini saymaq mümkün deyil”, – deyə Repke cəbhədəki vəziyyətlə bağlı bildirib.
“Əjdahanın dişləri” piramida şəklində yonulmuş beton parçalarıdır. Onlar hərbi texnikanın irəliləməsinə mane olurlar. Alman jurnalistin sözlərinə görə, NATO-nun döyüş maşınları belə istehkamları aşa bilmir və bu, Ukraynanın əks-hücumunun uğursuzluğunun səbəblərindən biri olub.
Mənbə: Gazeta.ru