image-2000x150px
image-123
image-ads_atlas
image-ngqdmrb2ji9tkgabmbkcv93lhp2qgakgicsqnvfnbackend

Aqrar sahədə fəaliyyət göstərən assosiasiyalarla ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb – FOTOLAR

image-728x90px

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə heyvandarlıq sahəsində fəaliyyət göstərən assosiasiyalarla qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə dair görüş keçirilib.

Tədbirdə çıxış edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ali təhsil müəssisəsinin maddi-texniki bazası, müasir laboratoriyaları, tədris korpusları, Tədris-təcrübə təsərrüfatı, Heyvandarlıq kompleksi, Biotexnologiya mərkəzi və s. haqqında iştirakçıları ətraflı məlumatlandırıb.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev son illərdə aqrar sahədə fəaliyyət göstərən assosiasiyaların yaradılmasına, onların fəaliyyətlərinin əlaqələndirilməsinə KTN tərəfindən lazımi dəstəyin göstərildiyini qeyd ediblər. Bildirilib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə 34 aqrar yönümlü assosiasiya qeydiyyatdan keçib və uğurla fəaliyyətlərini davam etdirirlər.

Digər çıxış edənlər də tədbir iştirakçılarını assosiasiyaların fəaliyyəti və aqrar sektorun inkişafında rolu barədə ətraflı məlumatlandırıblar.

Sonra Azərbaycan Dövlət Aqrar Universiteti ilə qeyd olunan assosiasiyalar arasında qarşılıqlı əməkdaşlığa dair əməkdaşlıq memorandumu imzalanıb.

Tədbirin yekunununda tələbələrlə fikir mübadiləsi aparılıb, sualları cavablandırılıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki