image-2000x150px
image-comp-versiya
image-humz9piwzeetmp8dn7erfvv1fjaqdbbwoa9suz0jbackend

Aqrar sahədə tətbiq olunan innovativ yeniliklərlə bağlı təqdimat keçirilib

image-728x90px
Doğru.az xəbər verir ki, Aqrar Elm və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə fermer və sahibkarlar üçün kənd təsərrüfatı sahəsində innovativ yeniliklərin tətbiqi ilə bağlı onlayn formatda təqdimat keçirilib. Təqdimat mərasimində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, aqrar sahədə innovativ texnologiyaların tətbiqi sahəsində ixtisaslaşan şirkətlərin nümayəndələri və 60 rayondan 200-ə yaxın fermer iştirak edib.

Tədbirdə çıxış edən Aqrar Elm və İnnovasiya Mərkəzinin rəhbəri Əkbər Abbasov aqrar sahədə innovativ metodların, müasir texnologiyaların tətbiqi ilə bağlı icra olunan layihələr barədə məlumat verib.

Daha sonra fermerlərə əkin sahələrinin suvarılmasında istifadə edilən yeni su təmizləmə sistemləri nümayiş olunub. Yeni su təmizləmə sistemləri əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə kollektor-drenaj sularının kimyəvi və fiziki xüsusiyyətlərini dəyişdirməyə və təsərrüfat üçün yararlı suvarma suyuna çevirməyə imkan verir.

Bundan başqa, fermerlər üçün ağıllı istixana, kənd təsərrüfatında pilotsuz uçuş aparatlarının tətbiqi, avtomatik suvarma sistemlərindən istifadə, uzaqdan idarə olunan çoxtəyinatlı texnika, alternativ enerji qurğusu və digər innovativ yeniliklər barədə də təqdimat keçirilib.

Fermerlərin və sahibkarların böyük marağına səbəb olan təqdimatdan sonra onların çoxsaylı sualları ətraflı cavablandırılıb.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki