image-2000x150px
image-123
image-ads_atlas
image-1640258021888backend

“Aqroservis” ASC Lənkəran şəhərində keçirilən İnnovasiya festivalında innovativ texnikalar sərgiləyib – FOTOLAR

image-728x90px

Doğru.az xəbər verir ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən İnnovasiya festivalının növbəti təqdimatı Lənkəran şəhərində olub.

Festivalda yem konteyneri, aqrodron, press bağlayan, çəltik əkən və çəltik biçən qurğularının, raps, maralfalfa, kinoa, amarant yem bitkilərinin, yerli və xarici çəltik sortlarının, yemlik paxla və soya nümunələrinin, feremonlu tələlərin və soxulcan gübrəsinin təqdimatı keçirilib.

Festivalda “Aqroservis” ASC tərəfindən də aqrar sahədə istifadə olunan müasir innovativ texnikalar – 4 cərgəli KUBOTA SPV-48C çəltik ştili əkən, Runyuan 4/GK DELTA 100 çəltikbiçən, Paksan Superyunus ot, küləş presləyən avadanlıqlar nümayiş olunub. Səhmdar Cəmiyyətin əməkdaşları tərəfindən sərgi iştirakçılarına bu texnikalar haqqında ətraflı məlumat verilib, maarifləndirmə işləri görülüb.

Festival zamanı iştirakçılara nümayişi keçirilən yem bitkilərinin tərkibi, protein-qidalılıq dəyəri, həmçinin kənd təsərrüfatı əhəmiyyətli innovativ avadanlıqların səmərəliliyi barədə geniş  məlumatlar  təqdim edilib. Heyvanların qida rasionuna bu cür yem bitkilərinin daxil edilməsi yüksək məhsuldarlığa, həm də heyvanların sağlamlığına  təsir göstərməklə fermerlər tərəfindən çəkilən maya dəyərin aşağı düşməsinə səbəb olacağı bildirilib. Həmçinin bu yem bitkilərinin respublikamızda əkininin aparılması və yetişdirilməsinin heyvandarlıqda yem bazasının təminatına töhfə verə biləcəyi bildirilib.

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə son 2 ay ərzində Abşeron, Gəncə, Füzuli, Şəki şəhər  və rayonlarında silsilə tədbirlər həyata keçirilib. Sözügedən tədbirlər zamanı kənd təsərrüfatı məhsul istehsalçılarına alternativ yem bitkiləri, mobil yaşıl yem istehsalı konteyneri, bitki zərərvericilərinə qarşı yeni bioloji mübarizə vasitələri, biogübrə-kompostun torpağın münbitliyinin artırılmasındakı üstünlükləri, aqrorobotlar və dərman çiləyici dron kimi bir sıra innovativ avadanlıqların əyani şəkildə nümayişi keçirilib.

Qeyd edək ki, Mərkəz tərəfindən ölkəmizin müxtəlif bölgələrində mərhələli şəkildə həyata keçirilən bu festivallarda ümumilikdə 500 nəfərdən artıq fermer iştirak edib.

Aqrar innovasiyaların təbliği və təşviqi məqsədilə keçirilən bu kimi festivallara kənd təsərrüfatı məhsul istehsalçılarının yüksək maraq göstərməsi səbəbi ilə bu tipli tədbirlərin növbəti ildə də keçirilməsi planlaşdırılır.

DOĞRU.AZ

image-fb_img_1640257693232 image-fb_img_1640257696158 image-fb_img_1640257698369 image-fb_img_1640257700639 image-fb_img_1640257702695 image-fb_img_1640257704935 image-fb_img_1640257707946 image-fb_img_1640257710441 image-fb_img_1640257714295 image-fb_img_1640257716834 image-fb_img_1640257719103 image-fb_img_1640257721766

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki