ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun (FSC) iclasında iştirak edən Rusiya nümayəndə heyətinə Ukrayna böhranının mənşəyi haqqında film nümayiş etdirməyə icazə verilməyib.
Bu barədə Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirib.
“Polşa və Kiyev rejiminin nümayəndələri uydurma bəhanələrlə FSC-nin iclasında (filmin nümayişini) yayımlamağa qadağa qoyublar”, – diplomat bildirib.
Onun sözlərinə görə, bütün bu vəziyyətin ironiyası ondan ibarətdir ki, Qərb dövlətləri özlərini söz azadlığının müdafiəçisi kimi göstərirlər.
Mənbə: RİA Novosti