image-n1karobka_ads
image-123
image-ria_8368138-pic_32ratio_900x600-900x600-18362backend

Avropa İttifaqı ildə bir milyon mərmi istehsal etmək niyyətindədir

Avropa İttifaqı ildə bir milyon mərmi istehsal etmək niyyətindədir, lakin Aİ ölkələri mart ayına qədər Ukraynaya söz verildiyi qədər mərmi çatdıra bilməyəcək.

Bunu Avropa Komissiyasının nümayəndələri Yohanna Bernsel və Piter Stano bildirib.

“İllik istehsal bir milyona çatacaq, biz buna əminik” dedi Bernsel.

Bununla belə, o qeyd edib ki, Aİ-nin Kiyevə bir il əvvəl söz verdiyi kimi 2024-cü ilin martına qədər bir milyon döyüş sursatı verəcəyinə inam yoxdur.

Stano qeyd edib ki, Ukraynaya bir milyon döyüş sursatı vermək vədi “siyasi məqsəd”dir.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki