Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə etmək üçün fevralın 3-də toplanır.
Bu barədə məlumatlı mənbəyə istinadən Reuters xəbər yayıb.
“Avropa Komissiyası Rusiyaya qarşı təklif olunan yeni sanksiyalar paketinin təfərrüatlarını müzakirə etmək üçün şənbə günü Aİ-yə üzv dövlətlərlə yüksək səviyyəli qeyri-rəsmi görüşlərə başlayacaq”, – bəyanatda deyilir.
Güman edilir ki, yeni sanksiyalar paketi sanksiyalardan yayınma imkanlarının qarşısını almağa yönələcək. İlk növbədə, bu, silah və hərbi texnika istehsalı üçün istifadə edilə bilən ikili təyinatlı mallara aid olacaq. Bundan əlavə, Avropa Komissiyası şəxsi sanksiyaların tətbiq edilməsi planlaşdırılan fiziki və hüquqi şəxslərin siyahılarının genişləndirilməsini təklif edir.