image-n1karobka_ads
image-123
image-20200130_gaf_u39_319-pic_32ratio_1200x800-1200x800-41287backend

Avropa Komissiyası Ukraynadan gələn mallara tətbiq edilən rüsumların ləğvinin uzadılmasını tövsiyə edəcək

Avropa Komissiyası Aİ-yə üzv dövlətlərə Ukrayna mallarına tətbiq edilən bütün idxal rüsumlarını ləğv etmək üçün müvəqqəti tədbirləri 2025-ci ilin iyun ayına qədər uzatmağı tövsiyə etməyi planlaşdırır. Bu barədə “Politico” qəzetinin Avropa bürosu məlumat yayıb.

Nəşrin yazdığına görə, AK rəhbəri Ursula fon der Lyayenin top komandası Ukrayna ilə ticarətin liberallaşdırılması ilə bağlı fikir ayrılığına düşüb.

“Hələ bu həftə Komissiyanın 2025-ci ilin iyun ayına qədər Ukrayna malları üçün bütün idxal rüsumlarını dayandırmaqla Aİ-yə müvəqqəti tədbirləri davam etdirməyi tövsiyə edəcəyi gözlənilir”, – hesabatda deyilir.

Mənbə: Politico

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki