image-ads_n1karobka_mobile
image-upload-20090326_zaf_s04_032-pic905-895x505-29359backend

Avstraliyada nasist simvollarının və salamlarının nümayişi qadağan olunub

Avstraliya hakimiyyəti nasist salamlarının və nasist simvollarının nümayişinə tam qadağa tətbiq edib.

Bu barədə ölkənin baş prokuroru Mark Dreyfus departamentin mətbuat xidməti məlumat yayıb.

Yanvarın 8-dən bütün ölkə ərazisində müvafiq məhdudiyyətlər tətbiq edilib. İndi Avstraliyada nasistləri və onların ideologiyasını şərəfləndirən hərəkətləri və simvolları tərifləmək qanunsuzdur. Bu qadağanı pozanları 12 aylıq həbs cəzası gözləyir.

Dekabrın 26-da Rusiya prezidenti Vladimir Putin nasizmlə mübarizədə MDB məkanında əməkdaşlığın zəruriliyini bəyan edib.

İki gün əvvəl Mərkəzi Afrika Respublikasının (CAR) Xarici İşlər Naziri Silvi Baypo-Temon nasizmin dirçəlişinə qarşı durmağın zəruriliyindən danışıb.

Mənbə: A Haber


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki