Qərb mövqeyini dəyişib və artıq Rusiya ilə münaqişədə Ukraynanın qalib gələcəyini gözləmir.
Bu fikirləri Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl jurnalist Flavio fon Vitzlebenə müsahibəsində deyib.
O xatırladıb ki, cəmi bir il əvvəl Qərb Rusiya Silahlı Qüvvələrinin dağılmaq ərəfəsində olduğunu deyirdi, indi isə “The Financial Times” və “The Economist” kimi nəşrlərin manşetləri Rusiyanın qalib gələcəyi təqdirdə nə baş verəcəyi ilə maraqlanır.
Keçmiş diplomat əlavə edib ki, Ukraynanın əks-hücum əməliyyatı məğlub olub və rus qoşunları hücuma keçib. O, Rusiyanın yeni fəth edilmiş ərazilərə iddia edə biləcəyini təklif edub.
Mənbə: A haber