Banqladeşdə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində ikinci oyununa çıxacaq.
Doğru.az xəbər verir ki, millimiz paytaxt Dəkkədə Banqladeş yığması ilə qarşılaşacaq. Görüş Milli Stadionda keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda ilk matçda Malayziya üzərində 2:0 hesablı qələbə qazanıb. Millimiz bu gün məğlub olmazsa, turniri qalib kimi başa vuracaq.
DOĞRU.AZ




























