image-n1karobka_ads
image-123
image-17632766772521512128_1200x630backend

Azərbaycan millisinin DÇ-2026 seçmə mərhələsində son oyunu bu gün keçiriləcək

image-ad_qayo_720x110px

Futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsində bu gün sonuncu oyununu keçirəcək.

Doğru.az xəbər verir ki, D qrupunda mübarizə aparan Azərbaycan yığması Bakıda Fransa millisi ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq. Oyunu latviyalı FIFA referisi Andris Treymanis idarə edəcək.

Qeyd edək ki, 13 xalı olan Fransa millisi artıq DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. Azərbaycan milli komandası isə 1 xalla qrupda 4-cü pillədə qərarlaşıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki