Futbol üzrə Azərbaycan milli komandası bu gün 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq.
Doğru.az xəbər verir ki, baş məşqçi Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv D qrupunun ilk oyununda İslandiya yığmasının qonağı olacaq. Qarşılaşma Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Matçın baş hakimi niderlandlı FIFA referisi Sander van der Eyk olacaq. Ona yan xətt hakimləri Rens Blümink və Stefan de Qroot kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mark Naqteqaal yerinə yetirəcək. VAR hakimi Jerön Mansxot, onun köməkçisi isə Klay Ruperti olacaq.
Qeyd edək ki, bu qrupun digər oyununda Ukrayna millisi Fransa yığması ilə qarşılaşacaq.
DOĞRU.AZ