image-2000x150px
image-123
image-ads_atlas
image-1623261518_mmmbackend

Azərbaycan təhsilinin rəhbər strukturlarında ciddi dəyişikliklər olmaldır – Psixoloq

image-728x90px

“Azərbaycan təhsilinin idarəetmə strukturunda çox ciddi dəyişikliklər olmaldır. Nə qədər ki, təhsildə idarəetmə strukturlarında dəyişiklik olmayacaq, nə qədər ki, təhsilə adiyyatı olmayan, təhsil anlayışını dərk edə bilməyən insanlar orta məktəblərdə direktor, ali məktəblərdə rektor vəzifəsində oturacaqlar, bu məsələ silsilə halında baş alıb gedəcək”

Bu sözləri Azerbaycanrealligi.com-a ailə psixoloqu Ülviyyə Murtuzova “Ucar rayonu Pirkənd kənd tam orta məktəbinin direktoru Tapdıq İsayevin 8-ci sinif şagirdinə əxlaqsız hərəkətlər etməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Pisxoloq xanım hesab edir ki, ölkənin gündəm məsələsinə çevirilmiş bu hadisə artıq problem yox, faciədir. Bu, gələcəyin bəlasıdır. Elə bir bəladır ki, gələcəyin övladları da özləri bilmədən yoluxacaqlar. Biz yaralı uşaqları sağaldaraq cəmiyyətə adaptasıya etməyə çalışdığmız halda bu insanlara kim haqq verir ki, mənəvi cəhətdən öldürsün? Artıq o azyaşlı uşaqın həyatı demək olar, məhv oldu. Biri var insan ruhən ölür, biri var hər gün ölür və dirilir. Bu ağır bir faciədi, onda ciddi pisixi pozuntunun nəyə gətirib çıxaracağına kim qaranti verir?

Ülviyyə Murtuzov

Psixoloq xanım daha sonra bildirib ki, sabah o uşağın düşdüyü depressiyyanın risk faktorları qarşısında kim dayana biləcək? Ona görə deyirəm, dərsliyin, kitabın, məktəbin, ədəbiyyatın, metodikanın nə demək oldugunu anlamayan insanlar bu gün təhsilmizdə olacaqlarsa, bu tipli məsələlər baş alıb gedəcək. Bunun qarşısını almaq çətin məsələ olacaq.

Artıq 14 yaşlı azyaşlıya zərbə dəydi, dəymiş zərbənin bir yolu var, bunu nece kökündən həll edək? Təbii ki, köklü şekildə həll etməliyik, erkən yaşlarda ata, anaların uşaqları atması və cinsi istismara məruz qalması bu şərt deyil ki, cinsi istismar reallıqla həyata keçsin, insan sözlə də cinsi istismara məruz qala bilər, indi biz bilmirik bu hal azyaşlıda toxunma ilə ya sözlə baş verib amma o, bunu yaşayıb. Bu tıravma gələcəkdə pataloji davranşların bir neçə klinik xəstəlikləri var ki, gətirib ona çıxara bilər, bu xəstəliklərin kökündə cinsi istismara məruz qalmalar dayanır. Bu cür hallar baş verirsə, onlarla mütləq şəkildə güclü mütəxəsis və psixoloqlar işləməldir.

Həmin şəxslərin xoşagəlməz baxış acısı yox olsun, onun gələcəkdə kiminləsə yaxınlığı bir növ üzərində ləkə kimi qalacaq, özünü qüsurlu xanım kimi biləcək, hardasa insanlar içinə çıxanda utanacaq, elə biləcək insanlar buna baxır, bunun bir mənfi cəhəti də odur ki, elə düşünəcək, hər kəs bunu ələ salır, ona görədə çətin məsələdir amma ciddi bir pataloji durum yaranmasa yenidən həyat tərizinə qaytarmaq mümkündür. Xanım əgər bakıda olsaydı mən onunla işləyib köməkliklər göstərə bilərdim –  deyə sonda pisxolog bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki