Azərbaycan və İslandiya milli komandaları tarixlərində üçüncü dəfə qarşılaşacaq.
Doğru.az xəbər verir ki, komandaların ilk dueli 2008-ci ildə Reykyavikdə təşkil olunub və 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizin heyətində hesabı 48-ci dəqiqədə Fabio Luis Rami açıb, meydan sahibləri isə 10 dəqiqə sonra bərabərlik topunu vurub.
17 il sonra, bu il komandalar eyni arenada ikinci dəfə görüşüblər. Bu dəfə oyun rəsmi xarakter daşıyıb və sentyabrda keçirilən DÇ-2026 seçmə mərhələsi çərçivəsində İslandiya millisi 5 cavabsız qolla qələbə qazanıb. Həmin matçdan sonra Fernandu Santuşla yollar ayrılıb və Azərbaycan millisinin baş məşqçi postuna Ayxan Abbasov təyin olunub.
Qeyd edək ki, üçüncü Azərbaycan-İslandiya matçı bu gün 8-ci kilometr qəsəbə stadionunda saat 21:00-da başlayacaq.
DOĞRU.AZ




























