2025-ci ilin III rübündə tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksi 2025-ci ilin II rübü ilə müqayisədə 100,7 faiz təşkil edib.
Doğru.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən əldə edilən məlumata görə, yerüstü tikililər üzrə indeks 100,8 faiz, yol və körpü tikintisi üzrə isə 100,3 faiz olub.
Məlumata əsasən, II rüblə müqayisədə III rübdə yaşayış evləri üzrə qiymət indeksi 100,4 faiz təşkil edib.
Ötən ilin III rübü ilə müqayisədə bu ilin eyni dövründə yaşayış evləri üzrə qiymət indeksi 101,2 faiz, 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə isə 101,1 faiz olub.
DOĞRU.AZ




























