Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama oyununa çıxacaq.
Doğru.az xəbər verir ki, U-19 millimiz İslandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Preddvor” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
DOĞRU.AZ