image-n1karobka_ads
image-123
image-175749655325551837_1200x630backend

Azərbaycanın U-19 qadın millisinin heyəti və Moldova ilə oyunların vaxtı açıqlandı

image-ad_qayo_720x110px

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 14-dək Bakıda, daha sonra Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olacaq.

Doğru.az xəbər verir ki, AFFA-nın məlumatına görə, U-19 millimiz Kişineudakı hazırlıq çərçivəsində Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.

Millinin heyəti:

“Şəfa” – Nərgiz Ağaliyeva, Yelizaveta Vaysman, Arzu Ağaliyeva, Natella Məmmədova, Gülnaz Şabanova, Arzu Cəfərova
“Dirçəliş” – Firuzə Bayramova
“Vera” (Gürcüstan) – Vahidə Əlipaşayeva
“Neftçi” – Mədinə Curuqova, Xanım Əsədova, Məsumə Nəzərli, Ayşən Salamzadə
“Sumqayıt” – Mədinə Qədiməliyeva
“Sabah” – Səma Əsədova, Aysu Əsədova, Pərişan Abdullayeva, Aygün Novruzova, Günay Sultanlı
“Baku Juniors” – Ülviyyə İslamova
“Liman” – Pərişan Abdullayeva, Ayan Abdiyeva, Aysel Cumayeva
“Təhsil” – Şahnazə Rüstəmli, Fidan Əsədzadə

Oyunların proqramı:

16 sentyabr – 17:00
Moldova (U-19, qadınlar) – Azərbaycan (U-19, qadınlar)
CPSM stadionu, Kişineu

18 sentyabr – 17:00
Moldova (U-19, qadınlar) – Azərbaycan (U-19, qadınlar)
CPSM stadionu, Kişineu

Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki