image-2000x150px
image-fb_img_1629293423198backend

“AzInTelecom” ADA Universiteti ilə təcrübə proqramını davam etdirir

image-728x90px
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC ADA Universiteti ilə birgə təcrübə proqramını bu il də davam etdirir.  

Yay təcrübə proqramı və istehsalat təcrübəsi olaraq iki istiqamətdə aparılan proqramın məqsədi İT və biznes sahəsində savadlı və təcrübəli kadrlar yetişdirmək, tələbələrə iş prosesi ilə yaxından tanış olmaq, texniki və fərdi bacarıqlarını inkişaf etdirmək imkanı yaratmaqdır. Hazırda “AzInTelecom” MMC-də ADA Universitetinin müəyyən müsahibələrdən keçərək seçilmiş biznes və texnologiya yönümlü tələbələri istehsalat təcrübəsi və yay təcrübə proqramında iştirak edir.

Tələbələr “AzInTelecom” MMC-də peşəkarlarla birgə təcrübə keçərək iş bacarıqlarını təkmilləşdirir, bu da onların gələcək karyeralarında düzgün seçim etmələri üçün mühüm rol oynayır. Gələcəkdə tələbələrin biznes və texnologiyalarla yanaşı, digər sahələrdə də təcrübə keçməsi planlaşdırılır.

Qeyd edək ki, “AzInTelecom” MMC Cənubi Qafqaz regionunda “TIER III”, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” uyğunluq sertifikatlarına malik ilk əlçatanlıq zonası olan texnologiya və telekommunikasiya şirkətidir.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki