image-n1karobka_ads
image-123
image-d8460ff0-4277-47cd-93a7-650d7ab9ad09-1140x570backend

“Azturk Holding” Çində “NeoOrdo” layihəsini təqdim edib – FOTO/VİDEO

image-ad_qayo_720x110px

“Azturk Holding”in prezidenti Güləli Bağırov Çində Çinli investorlarla görüşərək şirkətin strateji “NeoOrdo” layihəsini təqdim edib.

Doğru.az xəbər verir ki, təqdimat çərçivəsində tərəflər arasında əməkdaşlığın ilkin mərhələsini təsdiqləyən Anlaşma Memorandumu imzalanıb.

Görüş zamanı Güləli Bağırov layihənin məqsədləri, infrastruktur potensialı və regiondakı iqtisadi proseslərə verə biləcəyi töhfələr barədə ətraflı məlumat verib. O, “NeoOrdo”nun Azərbaycanın logistika imkanlarını genişləndirəcəyini, həmçinin Avrasiya ticarət yollarında yeni bağlantılar yaradacağını bildirib.

İmzalanan memorandum gələcək əməkdaşlıq istiqamətlərini və layihə üzrə həyata keçiriləcək hazırlıq işlərini müəyyən edir. Sənəd, tərəflər arasında investisiya imkanlarının araşdırılmasını və birgə işçi qruplarının yaradılmasını nəzərdə tutur.

“NeoOrdo” layihəsi Azərbaycanı qlobal ticarət şəbəkələrinin mühüm həlqəsinə çevirməyi hədəfləyən genişmiqyaslı infrastruktur təşəbbüsü kimi qiymətləndirilir. Layihə çərçivəsində yeni logistika mərkəzlərinin və nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılması planlaşdırılır.

Görüşdən sonra açıqlama verən Güləli Bağırov bildirib ki, Çin tərəfi layihəyə ciddi maraq göstərib və qarşıdakı mərhələlərdə əməkdaşlığın daha da dərinləşməsi gözlənilir. O, layihənin reallaşmasının həm Azərbaycan, həm də region ölkələri üçün yeni iqtisadi imkanlar yaradacağını vurğulayıb.

“Azturk Holding” nümayəndələri əlavə ediblər ki, əldə olunan ilkin razılaşma “NeoOrdo” layihəsinin həyata keçirilməsi istiqamətində mühüm addımdır və növbəti mərhələlərdə beynəlxalq tərəfdaşlarla daha geniş əməkdaşlıq planlaşdırılır.

DOĞRU.AZ

image-52fc27d4-1e67-46fa-878c-2e0a6b2f0e0f-1024x768 image-c630e1dd-caef-41f1-8824-0eebcdb0714c-1024x768

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki