image-n1karobka_ads
image-123
image-img-20251211-wa0014backend

Aztürk Holdinq Çinə ilə birgə yeni tibbi mərkəz qurur – FOTO

image-ad_qayo_720x110px

Azərbaycanın aparıcı biznes qurumlarından olan “Aztürk Holdinq” Çin ilə səhiyyə sahəsində strateji əməkdaşlığını genişləndirərək ölkədə yeni səhiyyə infrastrukturunun yaradılmasına yönəlmiş layihəyə başlayıb.

Doğru.az xəbər verir ki, layihə iki ölkə arasında tərəfdaşlığın inkişafında mühüm addım hesab olunur. Şirkətin rəhbəri Güləli Bağırov bildirib ki, bu təşəbbüs Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların nəticəsində mümkün olub. Onun sözlərinə görə, ölkədə formalaşmış şəffaf və rəqabətli iqtisadi mühit yerli və xarici sərmayələr üçün geniş imkan yaradır.

2025-ci il dekabrın 10-da Çin tərəfinin ən böyük xəstəxana şəbəkəsinin nümayəndələri ilə aparılan danışıqlardan sonra ənənəvi Çin təbabəti ilə müasir Qərb tibbinin birləşdiriləcəyi yeni inteqrasiya edilmiş tibb mərkəzinin yaradılması barədə razılıq əldə edilib.

Yeni mərkəz müalicə ilə yanaşı tədqiqat, təlim və profilaktik xidmətlər üzrə regional baza kimi fəaliyyət göstərəcək. Layihənin səhiyyə turizminə də ciddi töhfə verməsi gözlənilir.

“Aztürk Holdinq” bildirib ki, atılan addım şirkətin sosial məsuliyyət və davamlı inkişaf strategiyasına uyğundur və Azərbaycan-Çin əlaqələrinin güclənməsinə xidmət edir.

Güləli Bağırov qeyd edib ki, yaradılacaq tibbi mərkəz ölkənin səhiyyə sisteminə yeni standartlar gətirəcək və Azərbaycanın səhiyyə turizmi potensialını artıracaq.

DOĞRU.AZ

image-img-20251211-wa0009 image-img-20251211-wa0010 image-img-20251211-wa0013 image-img-20251211-wa0012 image-img-20251211-wa0014 image-img-20251211-wa0011

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki