image-2000x150px
image-001-22-09-2020-1_305-1backend

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən valideynlərə MÜRACİƏT

image-728x90px

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir.

İdarədən verilən məlumata görə, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) “WhatsApp” müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri köməklik göstərilir.

Onlayn Alternativ qeydiyyat mərkəzləri (“WhatsApp” nömrələr vasitəsilə) aşağıdakılardır:

Binəqədi, Sabunçu və Yasamal rayonları üzrə:  (+994 51) 563-15-77
Suraxanı, Xəzər və Pirallahı rayonları üzrə:  (+994 51) 543-15 -77
Nərimanov, Səbail və Qaradağ rayonları üzrə:  (+994 51) 568-15-77
Nəsimi, Nizami və Xətai rayonları üzrə:  (+994 51) 546-15-77.

Valideynlər digər bütün hallarla bağlı elektron portalında şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına avqustun 10-dan, məktəb seçimi prosesinə isə avqustun 12-dən başlanılıb.

DOĞRU.AZ 

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki