Warner Bros. Qreta Qerviqin “Barbi” filmini Akademiya Mükafatına namizəd kimi göstərəcək.
Bu barədə Variety məlumat yayıb.
“Barbie” filmi Ən Yaxşı Orijinal Ssenari Mükafatına namizəd olmaq üçün yarışacaq.
Qreta Qerviq Nuh Baumbaxla birlikdə kukla dünyasından daxili böhran yaşayan Barbi kuklasının qaçmasından bəhs edən filmin ssenarisini yazıb. Film hazırda dünya üzrə 1,4 milyard dollardan çox gəlir əldə edib.
Bundan əlavə, film digər nominasiyalarda da namizəd olacaq.
Mənbə: Haberler.com