Amerika prezidenti Co Bayden ABŞ-ı dünyanın ən mühüm ölkəsi adlandırıb.
O, bu barədə Nyu-Yorkda keçirilən seçki kampaniyasında çıxışı zamanı Ağ Evin mətbuat xidmətinə istinadən məlumat verib.
Baydenin sözlərinə görə, ABŞ həqiqətən də ən vacib dövlətdir. Yaxın Şərq, Tayvan boğazı və Ukrayna kimi dünyanın bir çox regionunda vəziyyət Vaşinqtonun mövqeyindən kritik dərəcədə asılıdır.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden bildirib ki, keçmiş dövlət başçısı Donald Tramp ekzistensial təhlükə yaradır və demokratların əldə etdiyi hər şeyi ləğv etməyə çalışır.
Mənbə: CNN Türk