İsrail fələstinli mülki əhalinin təhlükəsizliyini təmin etmək planı olmadan Qəzza zolağının cənubundakı Rəfahda əməliyyat keçirməməlidir.
RİA Novosti xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden İordaniya kralı II Abdullah ilə keçirdiyi mətbuat konfransında deyib.
Bayden, “Rəfəhdə böyük bir hərbi əməliyyat, orada sığınan bir milyondan çox insanın təhlükəsizliyini və dəstəyini təmin etmək üçün etibarlı plan olmadan baş verməməlidir” dedi.
Fevralın 12-də İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubundakı Rəfah şəhərinin Əl-Şəbura məhəlləsindəki hədəflərə zərbələr endirdiyi barədə məlumatı təsdiqləyib.
Mənbə: RİA Novosti