image-n1karobka_ads
image-123
image-68edc569ae5ac9083a11a386backend

Bayden Trampa Qəzza atəşkəsi ilə bağlı təşəkkür etdi

image-ad_qayo_720x110px

ABŞ-ın keçmiş prezidenti Co Bayden Ağ Evin hazırkı sahibi Donald Tramp və onun komandasına Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunmasında göstərdikləri səylərə görə minnətdarlığını bildirib.

Doğru.az xəbər verir ki, Bayden bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Bu günün gəldiyinə görə dərin minnətdaram və rahatam… Prezident Trampa və onun komandasına minnətdarlığımı bildirirəm…”.

Sabiq prezident qeyd edib ki, onun administrasiyası vaxtilə girovların azad olunması, fələstinli mülki şəxslərə humanitar yardımın göstərilməsi və müharibənin dayandırılması üçün yorulmadan çalışıb.

Bayden əlavə edib:

“İndi ABŞ və dünyanın dəstəyi ilə Yaxın Şərq, davamlı olacağına ümid etdiyim sülh yoluna qədəm qoyur.”

Xatırladaq ki, bundan əvvəl Rusiyanın Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriev bəyan etmişdi: ABŞ-ın keçmiş prezidenti Bill Klinton və keçmiş dövlət katibi Hillari Klinton, Yaxın Şərqdə atəşkəsə nail olunduqdan sonra Trampın səlahiyyətlərini tanıdıqlarını bildiriblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki