Litva hakimiyyətinin respublika ilə sərhədi bağlamasından sonra Belarus tərəfi Polşa ilə sərhəddə böyük avtomobil növbəsinin yarandığını bildirib.
Doğru.az xəbər verir ki, Belarus Dövlət Sərhəd Komitəsinin məlumatına görə, Brest keçid məntəqəsindən keçən sərnişin avtomobillərinin növbəsi altı dəfə artıb. Əgər bir həftə əvvəl sərhəddən keçmək üçün 300-400 avtomobil gözləyirdisə, bu gün bu rəqəm 2500-ü ötüb.
Qeyd edək ki, bundan əvvəl Belarus Litvadan gələn yük maşınlarının hərəkətini məhdudlaşdırmışdı.
DOĞRU.AZ




























