NATO ölkələrinin maraqlarına uyğun olaraq Belarusla sərhəddə yeni obyektlərin tikilməsi Minskdə narahatlıq yaradır.
Sputnik Belarus xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin müavini Aleksandr Neverovski deyib.
“Belarus Respublikasında ümumiyyətlə sərhəddə vəziyyət asan deyil”, – Neverovski qeyd edib.
O, qonşu dövlətlərin hərbiləşdirilməsini, Belarusla sərhədlərə yaxın ərazilərdə iri hərbi təlimlərin keçirilməsini, Şimali Atlantika Alyansı ölkələrinin maraqlarına uyğun yeni obyektlərin tikintisini təhlükəli amillər sıralayıb. Təhlükəsizlik Şurasının dövlət katibinin müavininin sözlərinə görə, respublika “nəyə hazırlaşdıqlarını” başa düşür.
Neverovski “daimi səfərləri və müdaxilələri ilə” sərhəd nişanlarını və videomüşahidə sistemini korlayan Ukrayna sərhədçilərinin təxribatlarına diqqət çəkib. O, sərhəd qoşunlarına kömək etmək üçün manevr qruplarının yenidən yaradılmasının vacibliyini vurğulayıb.
Mənbə: Sputnik