Brüsseldə və Belçikanın Brabant əyalətində 27 məktəb terror aktı təhlükəsi səbəbindən bağlanıb. Bu barədə Reuters Vallon və Brüssel Təhsil İdarəsinə (WBE) istinadən xəbər verir.
Noyabrın 26-da axşam saatlarında bir neçə təhsil müəssisəsinə bomba hədəsi gəlib. Ehtiyat məqsədilə 27 noyabr 2023-cü il tarixindən bu məktəblərdə dərslərin və şagird qəbulunun dayandırılması qərara alınıb.
Səlahiyyətlilər əmin ediblər ki, bəzi binalar artıq istehkamçılar tərəfindən yoxlanılıb.
Mənbə: TASS