Belçikada sürətli sərnişin qatarı tuneldə ilişib qalıb.
Bu barədə “Spiegel” nəşri məlumat yayıb.
Frankfurt-am-Maynə gedən qatar qəfildən tunelin ortasında dayanıb. Jurnalistlərin məlumatına görə, insident yerli vaxtla saat 18:00-da (Moskva vaxtı ilə 20:00) baş verib. Nəşr yazır ki, qatarın içərisində temperatur aşağı olduğu halda sərnişinlər buraxılış üçün təxminən üç saat gözləməli olublar.
Belçikanın SNCB dəmir yolu şirkətinin sözçüsü bildirib ki, hər şey qatarın texniki nasazlığı səbəbindən baş verib.
Mənbə: A Haber