image-2000x150px
image-123
image-ads_atlas
image-17054048944527655055_1200x630backend

Bəyaz zirvələrin ayıq-sayıq keşikçiləri – FOTOREPORTAJ

image-728x90px

Bu, təbiətdə gözəl, füsunkar mənzərə yaradır. Sərhədçilərin işi isə belə havalarda daha çətin və məsuliyyətli olur.

AZƏRTAC xəbər verir ki, havanın necə olmasından asılı olmayaraq, sərhəd keşikçiləri həmişə ayıq-sayıqdırlar. Buz bağlayan zirvələr, iliyə işləyən sazaqlı hava şəraiti, qarla örtülü səngərlər onların bir an da olsa sayıqlığına xələl gətirə bilməz. Əksinə belə havalarda daha çox diqqət və fədakarlıq tələb olunur.

İndi sərhədlərdə elə yerlər var ki, hər tərəfi örtən bəyaz qar adama boy vermir. Onlar qarlı zirvələri öz isti nəfəsləri ilə qızdıraraq müqəddəs sərhədlərimizin toxunulmazlığının keşiyindədirlər.

Nə əsən külək, nə yağan qar, nə çətin və mürəkkəb dağ relyefi onları qorxuda bilməz. Çünki onların başları üstündə üçrəngli Azərbaycan Bayrağı dalğalanır… Sərhədçilər hər cür hava şəraitində müqəddəs amala xidmət etməkdən və Vətəni göz bəbəyi kimi qorumaqdan qürur duyurlar.

DOĞRU.AZ

image-17054048943682338337_1200x630 image-17054048943741550044_1200x630 image-17054048946431241287_1200x630 image-1705404894707830203_1200x630 image-1705404894404651294_1200x630 image-17054048943160820962_1200x630 image-17054048943078615651_1200x630 image-17054048941230933846_1200x630 image-17054048943890913269_1200x630 image-1705404894501926502_1200x630 image-17054048946188863873_1200x630 image-17054048944779441327_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki