Biatlon üzrə ikiqat olimpiya çempionu Dmitri Vasilyev bildirib ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) hazırkı rəhbəri Tomas Bax olimpiya hərəkatının dağıdıcısı kimi tarixə düşəcək.
“Bax sadəcə olaraq bütün beynəlxalq federasiyalara bütün idman növləri üzrə bütün rusiyalı idmançıların fəaliyyətini dayandırmağı tövsiyə etdi. İndi də yalandan, riyakarcasına iddia edir ki, idmançılar öz hökumətlərinin əməllərinə görə cavab verməməlidirlər. Ancaq onun ikiüzlü və adi bir yalançı olduğu açıq-aydın görünür”, – Vasilyev bildirib.
Bax deyib ki, idmançılar öz hökumətlərinin və milli olimpiya komitələrinin hərəkətlərinə görə məsuliyyət daşımırlar.
Fevralın 28-də Beynəlxalq Olimpiya Komitəsi beynəlxalq idman federasiyalarına müraciət edib və onlara yerli və belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib. Həmçinin xarici idmançıların iştirakı ilə keçirilən bir çox yarışlar Rusiyadan köçürülüb.
Mənbə: Sports.ru