2025-ci ildə ölkənin biznes və maliyyə mühitində fəaliyyət göstərən “Bir ekosistemi” müştərilərinə sürətli, rahat və təhlükəsiz xidmətlər təqdim edib.
Doğru.az xəbər verir ki, “Birbank”, “Birmarket”, “m10” və “MilliÖn” kimi aparıcı brendlər, həmçinin “Trendyol Azərbaycan” və “BakıKart” kimi birgə müəssisələrlə ekosistem innovativ həllərini genişləndirib.
İlin əvvəlindən etibarən QR ödənişlərin əhatəsi 20 mindən 40 min nöqtəyə çatdırılıb. İctimai nəqliyyatda isə “Birbank” tətbiqi vasitəsilə bütün avtobus marşrutlarında və metrostansiyalarda təmassız (NFC) ödəniş imkanları tətbiq edilib.
“M10” platformasında təqdim olunan “ƏDV geri al” və “Birbank Yığım” hesabı gündəlik gəlir əldə etməyə imkan verərək müştərilər arasında populyar olub. Eyni zamanda, “Birbank Invest” tətbiqi vasitəsilə istifadəçilər qlobal maliyyə bazarlarına çıxış əldə edə biliblər.
Onlayn ticarətdə isə “Trendyol” platformasında “İndi al, sonra ödə” ödəniş üsulu istifadəyə verilib, partnyor şəbəkəsi 4000 nöqtəyə çatdırılıb. “M10” ilə pul göndərmək, tətbiqdaxili rəqəmsal kart isə beynəlxalq ödənişləri asanlaşdırıb.
Xüsusi diqqət inklüzivliyə yönəldilib: eşitmə və nitq məhdudiyyətli müştərilər üçün “İşarət dili ilə videozəng xidməti” istifadəyə verilib.
2026-cı ildə “Bir ekosistemi” daha genişlənməyi və yeni maliyyə innovasiyaları təqdim etməyi planlaşdırır. Ekosistem müştərilərə vahid giriş, vahid ödəniş, vahid kredit və vahid bonus platforması üzərindən sürətli və rahat xidmət göstərməyə davam edəcək.
DOĞRU.AZ




























