image-n1karobka_ads
image-123
image-6903981aae5ac9393373c917backend

BMT Trampın nüvə bəyanatından sonra gərginliyin qarşısını almağa çağırdı

image-ad_qayo_720x110px

BMT ABŞ prezidenti Donald Trampın nüvə sınaqlarının bərpası ilə bağlı bəyanatları fonunda dünya ölkələrini gərginliyin qarşısını almağa çağırıb.

Doğru.az xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq brifinq zamanı açıqlama verib.

“Nüvə sınaqlarına heç bir halda icazə verilə bilməz”, – RİA Novosti onun sözlərindən sitat gətirir.

Fərhan Haq əlavə edib ki, BMT baş katibi Antonio Quterreş dəfələrlə yüksək nüvə risklərinə diqqət çəkib və “fəlakətli nəticələrlə eskalasiyaya səbəb ola biləcək” addımlardan çəkinməyə çağırıb.

Xatırladaq ki, Tramp bundan əvvəl nüvə silahı sınaqlarının digər ölkələrlə “bərabər əsasda” aparılması barədə göstəriş verdiyini açıqlamışdı.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, nüvə silahı sınaqlarına qoyulan mövcud moratorium hələ də qüvvədədir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki