image-n1karobka_ads
image-123
image-media-can-rk7ebhbackend

“CAN-PA” MMC-də ekoloji pozuntu aşkarlanıb

image-ad_qayo_720x110px

Bakı–Şamaxı yolunun 14-cü kilometrliyində fəaliyyət göstərən “CAN-PA” MMC-də istehsalatda və məişətdə formalaşan tullantı sularının təyinatsız axıdılması faktına rast gəlinib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, şirkət formalaşan tullantı sularını xüsusi çəkilmiş boru ilə heç bir tənzimləmə prosesindən keçmədən birbaşa Daşagil gölünə axıdıb. Bu fakt Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumu tərəfindən keçirilən monitorinq zamanı üzə çıxıb.

Şirkət barədə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmə “CAN-PA” MMC-ni 7500 manat məbləğində inzibati qaydada cərimələyib.

Qeyd edək ki, “CAN-PA” MMC Azərbaycanda şirniyyat istehsalı ilə tanınır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki