Finlandiyanın Cənubi Kareliya regionu Rusiya ilə sərhədin bağlanması səbəbindən gündəlik 1 milyon avro itirir, Bloomberg xəbər verir.
Doğru.az məlumatına görə, səlahiyyətlilərin hesablamalarına görə, turizm gəlirlərinin azalması region iqtisadiyyatına ciddi təsir göstərir. İmatra şəhərinin mərkəzi dəyişib, əksər dükanlar bağlanıb, əvvəl turist və avtobuslarla dolu yollar artıq boş qalıb. Yerel spa mərkəzləri də maliyyə çətinliyi ilə üzləşir.
Qeyd olunur ki, bəzi müəssisələr işçilərini ixtisar edir, regionda isə gənclər arasında işsizlikdə ən sürətli nisbi artım müşahidə olunur.
Daha əvvəl Finlandiyada hava limanının rusiyalı turistlərin azlığı səbəbindən bağlana biləcəyi xəbər verilmişdi.
DOĞRU.AZ




























