Koreya Respublikasının müdafiə naziri Şin Von-sik Pxenyanın hücumu halında KXDR hakimiyyətini “cəhənnəm məhvi ilə” hədələyib.
O, KXDR liderlərinin Koreya yarımadasında gərginliyin azaldılması ilə bağlı 2018-ci il sazişinə əməl etməkdən imtina etməsini şərh edərək bildirib ki, Pxenyanın ciddi şəkildə iki seçimi var – sülh və ya məhv olmaq.
“Şimali Koreya dünyaya zərər vuran ehtiyatsız hərəkətlər etsə, onu ancaq cəhənnəm məhvi gözləyir”, – Şin Von-sik deyib.
Daha əvvəl məlumat verilmişdi ki, KXDR Cənubi Koreya ilə sərhəddə hərbisizləşdirilmiş zona yaxınlığında yerləşən silahlı qüvvələrini gücləndirməyi planlaşdırır, bu əraziyə əlavə qüvvələr və yeni silahlar yerləşdiriləcək.
Mənbə: Reuters