image-n1karobka_ads
image-123
image-16964529265233552863_1200x630backend

Çernışenko: Rusiya milli futbol komandası 2030-cu il dünya çempionatının seçimində iştirak etməlidir

image-ad_qayo_720x110px

Rusiya Futbol İttifaqı Rusiya milli futbol komandasının 2030-cu ildə keçiriləcək dünya çempionatının seçmə turnirlərində iştirak edə biləcəyi strategiya hazırlayıb.

“Prezident bizə belə bir göstəriş verib. Rusiya Futbol İttifaqı strategiya işləyib hazırlayıb və ona uyğun olaraq komandamızın 2030-cu ildə keçiriləcək dünya çempionatında iştirakını qarşısına məqsəd qoyub”, – Rusiya baş nazirinin müavini Dmitri Çernışenko RİA Novosti-yə müsahibəsində bildirib .

Onun sözlərinə görə, bunun üçün 2028-ci ildən seçimlərdə iştiraka başlamaq lazımdır. Lakin Çernışenkonun vurğuladığı kimi, bu, daha tez baş verə bilər.

Daha əvvəl “Mançester Yunayted”in və CSKA-nın keçmiş yarımmüdafiəçisi Zoran Tosiç Rusiya komandalarının beynəlxalq turnirlərə qayıtması ilə bağlı fikirlərini bölüşüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki