image-2000x150px
image-123
image-ads_atlas
image-gaqo3icxwaa-luhbackend

Ceyhun Bayramov Monteneqronun XİN rəhbəri ilə regional məsələləri müzakirə edib

image-728x90px

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində Monteneqronun xarici işlər naziri Filip İnvanoviçlə görüşüb.

Bu barədə Azərbaycan XİN rəhbərinin “X” hesabında məlumat verilib.

Nazirlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.

 

“İki ölkə arasında iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi daxil olmaqla potensial əməkdaşlıq sahələrini müzakirə etdik. Azərbaycanın regionda sülhün bərqərar olması, yenidənqurma və reinteqrasiya istiqamətində göstərdiyi səylər barədə məlumat verildi”, – deyə C.Bayramovun paylaşımında vurğulanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki