İsveçrəli mütəxəssis Fabio Selestini ÇSKA-nın başına keçib.
CSKA-nın mətbuat xidmətindən verilən məlumata görə, müqavilə 2+1 sxemi üzrə imzalanıb.
Köməkçi məşqçilər Manel Exposito, Xavyer Noya, Xose Blesa və Dante Carecchi olacaq.
49 yaşlı mütəxəssisin son iş yeri 2023-cü ildən rəhbərlik etdiyi “Bazel” olub. Onun rəhbərliyi altında klub ötən mövsüm İsveçrə çempionatında və ölkə kubokunda qızıl medallar qazanıb.
Daha əvvəl CSKA-nın Kannavaroya 2027-ci ilə qədər müqavilə təklif etdiyi bildirilirdi.
DOĞRU.AZ