Gənc sehrbaz Harri Potter haqqında film dastanında Albus Dambldor obrazını canlandıran aktyor Maykl Qambon 83 yaşında vəfat edib.
Aktyorun dul arvadı və oğlu Ferqusun sözlərinə görə, ölüm xəstəxanada pnevmoniya ilə mübarizədən sonra baş verib.
“Ser Michael Gambonun ölüm xəbərini paylaşmaqdan kədərləndik. Sevimli ər və ata olan Maykl, arvadı Anna və oğlu Ferqus ilə birlikdə xəstəxanada yatağının yanında dinc şəkildə öldü”, – aktyorun ailəsi bildirib.
Mənbə: Haberler.com