Danimarka kibertəhlükəsizliyi gücləndirmək üçün Ukraynaya 91 milyon kron (13,26 milyon dollar) yardım edib.
TASS xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.
Departamentdən bildirilib ki, yanvarın 24-də Danimarka və İT koalisiyasının digər üzvləri, o cümlədən Latviya, Litva, Lüksemburq və Estoniya Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasında əməkdaşlıq sazişi imzalayıblar. Hazırda Lüksemburq və Estoniya da maliyyə yardımı elan ediblər.
Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, ianə Ukraynanın kibermüdafiəsini gücləndirmək üçün uzunmüddətli dəstəyə mühüm töhfədir.
Yanvarın 23-də Danimarka və Çexiya Ukraynaya yardım göstərilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar. Razılaşmanın məqsədi Ukraynaya sürətli silah və texnika tədarükünü təmin etməkdir.