image-n1karobka_ads
image-123
image-20140119_gaf_ux5_140-pic_32ratio_900x600-900x600-53873-1backend

Di Kaprio Qazaxıstanda sayqa populyasiyasının bərpasına sevinib

Amerikalı aktyor Leonardo Di Kaprio Qazaxıstan hökumətinə müraciət edərək, onu ölkədə sayqa populyasiyasının uğurlu bərpası münasibətilə təbrik edib.

Sənətçi müvafiq postu İnstaqram sosial şəbəkəsindəki səhifəsində dərc edib.

Oskar qalibinin qeyd etdiyi kimi, 2005-ci ildə təbiətdə cəmi 48 min sayğaq var idi. Lakin hazırda onların sayı 1,9 milyon nəfərə yaxındır, deyə o vurğulayıb.

Bununla əlaqədar olaraq, Qırmızı Kitabın tərtibçiləri sayqaların statusunu “həssas vəziyyətə yaxın” olaraq dəyişdirdilər. Bundan əvvəl adı çəkilən heyvanlar “nəsli kəsilməkdə olan” növ hesab edilirdi.

Di Kaprio yazıb: “Brakonyerliklə mübarizəyə, qanunların icrasına və yeni qorunan ərazilərin yaradılmasına çoxlu resurs yatırmış Qazaxıstan hökumətini təbrik edirəm”.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki