image-ads_n1karobka_mobile
image-68ff1d3502e8bd1a377cd9e8backend

Donald Tramp: Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi müzakirələrinə qatılmamışam

ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın hərbi ehtiyacları üçün istifadəsi ilə bağlı müzakirələrdə iştirak etməyib.

Doğru.az xəbər verir ki, Tramp sosial şəbəkədə paylaşımında qeyd edib:

“Aİ-dən soruşmaq lazımdır. Mən bu işdə iştirak etmirəm.”

Xatırladaq ki, bundan əvvəl KİV-lər Avropa İttifaqının Ukraynaya “təzminat krediti” vermək üçün təxminən 190 milyard avro dəyərində dondurulmuş Rusiya aktivlərindən istifadəyə icazə almaq üçün Belçikaya təzyiq göstərdiyini bildirmişdilər.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki