image-n1karobka_ads
image-123
image-4112224backend

Dövlət borcuna xidmətə 1 milyard manatdan çox vəsait xərclənib

image-ad_qayo_720x110px

Cari ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət üçün 2 milyard 399,6 milyon manat vəsait nəzərdə tutulub.

Doğru.az xəbər verir ki, Maliyyə Nazirliyinin operativ məlumatına əsasən, ilin ilk altı ayında bu məqsədlə 1 milyard 27,5 milyon manat ödənilib. Bunun 328,7 milyon manatı daxili dövlət borcunun faiz ödənişlərinə, 698,8 milyon manatı isə xarici dövlət borcuna (498,5 milyon manat əsas borc, 200,3 milyon manat faiz) yönəldilib.

Hesabat dövründə xarici borclanma çərçivəsində icrası davam edən layihələr üzrə vəsait istifadəsi və ödənişlər nəzərə alınmaqla, 2025-ci il iyulun 1-nə xarici dövlət borcunun ümumi həcmi 5 milyard 10,7 milyon ABŞ dolları təşkil edib.

Eyni tarixə daxili dövlət borcunun səviyyəsi isə 17 milyard 177,4 milyon manat olub. Bu rəqəm ümumi daxili məhsulun (ÜDM) 13,1 faizinə bərabərdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki