image-2000x150px
image-123
image-ads_atlas
image-bez-imeni-18-pic_32ratio_1200x800-1200x800-40460backend

Dua Lipa məhşur jurnalın üz qabığında

image-728x90px

Dua Lipa The New York Times Style Magazine jurnalının üz qabığında yer alıb.

Bu barədə nəşrin saytında bildirilir.

Müğənni eyni anda iki jurnalın üz qabığına poza verib. Birinci şəkildə Lipa ağ köynək, boz alt şalvar, şəffaf qara tayt və eyni rəngdə aşağı daban ayaqqabı geyinib. İkinci cover üçün müğənni parıldayan libasda rol alıb. İfaçının görüntülərinə stilist Karlos Nazario məsul olub.

Nəşrə müsahibə verən Dua Lipa 2024-cü ildə işıq üzü görəcək üçüncü albomunun yaradılması prosesinin həyəcanlı olduğunu bildirib. Müğənni əlavə edib ki, yeni albom da əvvəlki buraxılışlardan daha şəxsi olacaq.

“Düşünürəm ki, bu, bir növ marketinq vasitəsidir: siz nə qədər açıq danışa bilərsiniz? Mən şəxsi həyatımın çoxunu sosial şəbəkələrdə yerləşdirmirəm ki, insanlar mənim musiqilərimi şəxsi prizmadan təhlil etsinlər”, – deyə müğənni bildirib.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki