image-2000x150px
image-rruc8w0j3ytssvvnoe8gilypjmamsj14nnc5walabackend

EKTİS-də payızlıq əkinlərin bəyanı ilə bağlı fermerlərə səyyar xidmət göstərilib – FOTOLAR

image-728x90px

Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərib. Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd əkin bəyanlarının vaxtında təqdim olunması üçün fermerlərə köməklik göstərmək, operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun təmin olunmasına nail olmaqdır.

Aqrar Xidmətlər Agentliyində əkin bəyanlarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil edilməsi üzrə 6 səyyar qrup yaradılıb. Səyyar xidmət müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.

İndiyədək səyyar xidmət Şəki, Sabirabad, İmişli, Füzuli Goranboy, Tərtər, Tovuz, Zaqatala, Cəlilabad, Hacıqabul və Şəmkir rayonlarının kəndlərində təşkil olunub. Fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan ediblər. Bu rayonlarda səyyar qruplar tərəfindən EKTİS-də qeydiyyatdan keçmiş,  ümumilikdə 13106 fermerə səyyar aqrar xidmət göstərməklə 25486 bəyan sistemə daxil edilib.

Səyyar xidmət qrupu tərəfindən bəyanların qəbulu dekabr ayının 30-da başa catır.

DOĞRU.AZ

image-92kbikmj9265os1axw4osbxdigwwsg2mpsyfjzvf image-l94irhnmsllqoyfyc3ezbpbh4e8prqc3gvt00tws image-yyuhkt5cplai0nrwivxgi5uf4rzldqnb8pleuq3m image-q4hyd5k28iqd7nqlbtjmdcicthmew5nvshbhgxro image-holeeaojctwzp6dsgj6ol5bmnvndyoqr8tnylhz4

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki