Ərbilə raket hücumu nəticəsində ABŞ-ın heç bir obyekti və vətəndaşı zərər görməyib.
Bu barədə Reuters agentliyi adı açıqlanmayan amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Xəbərin dərc edildiyi vaxt Ağ Ev, Pentaqon və Dövlət Departamenti hücumlarla bağlı heç bir rəsmi açıqlama verməyib.
Bundan əvvəl Amerikanın ABC News telekanalı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanının paytaxtı Ərbildə ABŞ konsulluğu yaxınlığında yerləşən Amerika hərbi bazası və hava limanına birgə zərbələr endirib.