image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2021-09-06t123257-834backend

Ərdoğanın kitabı satışa çıxarıldı

image-728x90px

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qələmə aldığı “Daha ədalətli dünya mümkündür” kitabı bu gün oxuculara təqdim ediləcək.

O, kitabda Türkiyənin bütün bəşəriyyət üçün ədalət axtarışlarını ətraflı şəkildə izah edir. Kitabda haqsızlıq, qaçqın böhranı, beynəlxalq terrorizm və İslam əleyhinə siyasət də daxil olmaqla, qlobal siyasətin dilemmalarına istinad edən Ərdoğan Birləşmiş Millətlər Təşkilatının nümunəsində dünyada ayrı-seçkiliyi və ikili standartları ortaya qoyur.

İngilis, ərəb, alman, fransız, rus və ispan dillərinə tərcümə edilən kitabdan əldə edilən bütün gəlir AFAD-a (Fövqəladə Halların İdarə Olunması Agentliyi) veriləcək. (oxu.az)

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki