Estoniyanın baş naziri Kaja Kallas “The Times” qəzetinə müsahibəsində bildirib ki, üç ildən sonra Rusiya Avropa və NATO sərhədlərini təhdid etməyə başlayacaq.
O, xəbərdarlıq edib ki, Avropa üç-beş il ərzində NATO-nun şərq cinahında əsas hərbi təhlükə olaraq Kremlin qayıdışına hazırlaşmalıdır.
Bu proqnoz Ukraynadakı münaqişədə atəşkəs sazişinin imzalandığı ssenariyə əsaslanır. Bu ssenaridə Baltikyanı ölkələr NATO-nun ən həssas hissəsi olaraq qalacaq, ona görə də regionu qorumaq üçün tədbirlər görülməlidir. Estoniyanın planında Ukraynaya Rusiyaya qarşı mübarizədə kömək təklifləri, o cümlədən Kiyevə kömək etməkdən çəkinməmək tövsiyələri də var.
Mənbə: Lenta.ru